Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
31 Mart soyqırımına əsl hüquqi-siyasi qiyməti Ümummilli lideri Heydər Əliyev tərəfindən verilib

0

  •         Bolşevik-daşnak hərbi qüvvələri 1918-ci il aprelin 3-16-sında S.Lalayans və T.Əmirovun rəhbərliyi altında Şamaxı əhalisinə qanlı divan tutdular. Yerli erməni və rus-molokan kəndlilərinin köməyi ilə daşnak hərbi qüvvələri Şamaxı qəzasında 110 kəndi dağıtmış, 22 mindən çox türk-müsəlman əhalini öldürmüşdü. Bu erməni vəhşiliyinin qurbanlarının əksər hissəsi qoca, qadın və uşaqlar olmuşdur. Şaumyamın göstərişi ilə Amazaspın (Hamazasp) quldur dəstəsi aprel ayında Quba qəzasında 164-dən çox kəndi məhv etdi. Quba şəhəri də daxil olmaqla qəzada 16 mindən çox türk-müsəlman və yəhudi əhalisi qətlə yetirildi. Ermənilərin Qubada törətdikləri soyqırıma aid kütləvi qəbristanlıq 2007-ci ildə aşkar edilmişdi. Ən dəhşətlisi də o idi ki, burada insan kəlləsinin və bədəninin sümükləri ayrı-ayrı basdırılmışdı. Bu da onların başlarının xüsusi qəddarlıqla kəsildiyini göstərir. Bakı quberniyasında türk-müsəlman əhalisinə qarşı soyqırım 1918-ci ilin sentyabrın 15-dək, yəni Bakı şəhəri Azərbaycan Xalq Cümhuriyyəti ordusu tərəfindən düşməndən azad edilənədək davam etmişdir. Azərbaycan əhalisinə qarşı törədilən bu qırğında erməni kilsəsi və erməni ziyalıları, əgər ziyalı demək mümkünsə, yaxından iştirak etmişdilər. Ümumiyyətlə, 1918-ci ilin mart-aprel ayları ərzində Bakı quberniyasında 50 mindən çox türk-müsəlman əhalisi qətlə yetrilmişdi. Azərbaycanlıların soyqırımı haqqında ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart Azərbaycalıların Soyqırımı Günü elan edildi. Beləliklə də uzun zaman sonra Azərbaycan xalqına qarşı törədilmiş soyqırıma hüquqi qiymət verildi.Günel Məmmədova,Xocalı rayonundan məcburi köçkün
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib104 dəfə
    31 Mart soyqırımına əsl hüquqi siyasi qiyməti Ümummilli lideri Heydər Əliyev tərəfindən verilib

    Maraqlı gələ bilər
    42
    47
    120
    50